Pirallahı rayonunda Rus icması “Milad bayramı” şənliyini keçirtdi
13 yanvar 2017 | 11:00
12 yanvar 2016-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Rus İcması “Milad bayramı” şənliyini təşkil etdi.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini ( dini qurumlarla işin təşkilatçısı) Vüsal Babayev çıxışın əvvəlində bütün rus icmasının üzvlərini Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov adından təbrik etdi və bildirdi ki, ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. Bu gün Azərbaycan, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə müsəlman ölkəsidir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Roma Papası Fransisk, mərhum Moskva və Ümumrusiya patriarxı II Aleksi və indiki patriarx Kirill, Konstantinopol patriarxı II Varfolomey və başqaları ayrı-ayrı vaxtlarda Azərbaycana səfər etmiş və ölkəmizdə xristianlara göstərilən münasibəti yüksək qiymətləndirmişlər. Diqqətə çatdırıldı ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir və hər bir insanın dini etiqad azadlığı təmin olunur. Bildirildi ki, əsrlərdir xalqımız multikulturalizm, tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr vermişdir, ona görə də cənab Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri vardır. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Çıxışın sonunda V.Babayev rayonda aparılan abadlıq-quruculuq işlərindən söz açdı və sonda bütün rus icmasının üzvlərini bir daha bayram münasibətilə təbrik etdi.
Pirallahı rayon Rus İcmasının rəhbəri Yelena Aşurova çıxışında, “Milad bayramı” haqqında ətraflı məlumat verdi. Y.Aşurova bildirdi ki, tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şərait yaradılmışdır. Azərbaycanlılarla bərabər ruslar da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak edirlər. Daim beynəlmiləl tərkibi, etnik zənginliyi ilə seçilən Pirallahı rayonunda tolerantlıq münasibətləri yüksək səviyyədə qurulmuşdur. Y.Aşurova Pirallahı rayonunda yaşayan qeyri millətlərin, o cümlədən rusların hər cür qayğı ilə əhatə olunduğunu vurğuladı və onlara göstərilən diqqət və qayğıya görə rus icması üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Bayram şənliyi rəngarəng rus musiqiləri ilə davam etdirildi.