Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş günü Çilovda qeyd olunub

17 iyun 2013 | 10:00
 15  iyun- Milli Qurtuluş günü münasibəti ilə Bakı şəhər Pirallahı rayonunun Çilov qəsəbəsində bayram tədbiri keçirilmişdir. Öncə ümummilli lider Heydər Əliyevin büstü önünə təzə-tər gül-çiçəklər düzülüb, daha sonra Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Mərasimi giriş sözü ilə açan “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev xalqımızı, o cümlədən neftçiləri əlamətdar gün münasibəti ilə təbrik etdi və bu əziz  günün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını xüsusi vurğuladı.
 15 İyun Milli Qurtuluş gününün dövlətçiliyimiz tarixində əvəzsiz gün olduğunu söyləyən digər natiqlər də bu tarixdən başlanan müstəqil dövlət quruculuğunun uğurlarından danışdılar. Qeyd edilib ki, məhz o gündən milyonların məfkurəsinə çevrilən Milli Qurtuluş məfkurəsi bu gün Azərbaycanı xoşbəxt gələcəyə aparır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada addımlaması, Cənubi Qafqazda ölkəmizin liderlik mövqeyi, regional və beynəlxalq layihələrdə söz sahibi olması bunun real nətricələri kimi vurğulandı.
Keçidlər