Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda səyyar qəbullar davam etdirilir

30 sentyabr 2022 | 16:48
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. İcra Hakimiyyəti  başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 30 sentyabr 2022-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
      İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycanın şanlı Zəfərinin başlandığı gün 27 sentyabr 2020-ci il təqvimindən başlayır. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə, Ermənistanı kapitulyasiya etməyə, üçtərəfli bəyanata imza atmağa məcbur etməklə bölgəmizdə yeni reallıq yaratdı, dünya müharibə tarixinə öz möhürünü vurdu. Təcavüzkar Ermənistan 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Həmçinin, qeyd edildi ki, nailiyyətlərimizin əsasında Ulu öndər Heydər Əliyevin strategiyası durur. Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olundu.
      Diqqətə çatdırıldı ki, şəhid ailələri və müharibə əlilləri dövlətimizin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri əsasında şəhid ailələri və müharibə əlilləri üçün yaşayış komplekslərinin, şəhərciklərin inşa edilməsi, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir. Belə ki, son 19 il ərzində yüzlərlə şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunub. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə bu kateqoriyadan olan insanlara  daha 11 min mənzil və fərdi evlərin verilməsi nəzərdə tutulur. İkinci Qarabağ müharibəsindən sonra 6 mindən çox qaziyə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda bu işlər davam etdirilir.        
         Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması  və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər