Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2016-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
18 yanvar 2017 | 11:00
17 yanvar 2017-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Royal Sarıməmmədov, Vüsal Babayev, Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvi, “Neft Daşları” NQÇİ-in rəisi Qoçalı Mahmudov, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Neft Daşları qəsəbəsində ucaldılmış abidəsinin önünə əklil və gül dəstələri qoydular.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nurəddin Abdullayev qeyd etdi ki, nümayəndəlik öz işini 2016-cı il üçün hazırlanmış, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. N.Abdullayev bildirdi ki, 2016-cı ilin yanvar ayından başlayaraq Mənzil Kommunal Təsərrüfatı Sahəsi və 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən qəsəbədəki inzibati və yaşayış binalarında carı təmir işləri aparılmış, dam örtükləri yenilənmiş, ərazidə təmizlik-abadlıq işləri görülmüşdür. 2016-cı ildə “20 yanvar” faciəsi və “26 fevral Xocalı soyqırımı” hüzn günü ilə əlaqədar qəsəbədə anım mərasimləri keçirilmişdir. Novruz Bayramı, Gül bayramı, 20 sentyabr Neftçilərin peşə bayramı qəsəbədə qeyd olunmuş, tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil edilmişdir. 2016-cı il dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü dərin hüznlə qeyd olunmuş, abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Qeyd edildi ki, 2016-cı il ərzində Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə nümayəndəliyin əməkdaşları sahə müvəkkili ilə birlikdə mütəmadi olaraq reydlər keçirmiş və yoxlamalar aparmışdır. Hər il olduğu kimi bu il də neftçilər Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə birincilər sırasında qoşulmuşlar. Möcüzələr adası Neft Daşlarında «Donor günü» noyabrın 22-də baş tutmuşdur. Aksiyada 150 nəfərədək dəniz neftçisi iştirak etmiş, onlardan 129 nəfəri tibbi müayinədən uğurla keçərək talassemiyalı xəstələr üçün qan vermişdir.
Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Röyal Sarıməmmədov öz çıxışında qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2016-cı ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılmışdır. 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunun təməli qoyulub. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı.
Sonda toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər, hesabatı nəzərə alınaraq, qənaətbəxş hesab olundu. Həmçinin qəsəbənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə 7 nəfər fəxri fərmanlarla təltif olundu.