Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

19 yanvar 2017 | 11:00
        18 Yanvar 2017-cı il tarixində Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin konfrans zalında Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2016-cı ilin sosial-iqtisadi inkişafın yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı hesabat yığıncağı keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Mahir Qarayev və Hikmət Şikarov, “28 May” NQÇİ-in rəisi Zaur Bağırov, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
       Hesabat yığıncağı şəhidlərin və Günəşli yatağında təbii fəlakətlə əlaqədar baş vermiş hadisə nəticəsində həlak olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəsi İlham İbrahimov 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabatı məruzə etdi. İ.İbrahimov bildirdi ki, Çilov qəsəbə  nümayəndəliyi öz  işini  2016-cı il  üçün Pirallahı  rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab Vasif  İmanovun təsdiq etdiyi iş  planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulandı.
         İlham İbrahimov bildirdi ki, qəsəbə  nümayəndəliyi  il  ərzində  gördüyü  işləri “28 May” NQÇİ-nin Mənzil Kommunal  İstismar  sahəsinin  və  bələdiyyənin  köməkliyi  ilə  yerinə yetirmişdir. Belə ki, 2016-cı  il  ərzində  qəsəbə əhalisinə  su, qaz  və  elektrik  enerjisinin  fasiləsiz  verilməsi təmin olunmuş, kommunal xidmətlərə görə ödənişlərin vaxtında yerinə yetirilməsi daim nəzarətdə saxlanılmışdır. Kommunal xidmətlərin ödənişində çətinliyi olan  aztəminatlı  və  imkansız  ailələr ilə də ödəniş edilməsi barədə vaxtaşırı  maarifləndirici  söhbətlər  aparılmışdır. Qəsəbədə məskunlaşan qaçqın və məcburi köçkün ailələri, yaşlı və köməyə ehtiyacı olan sakinlər mütəmadi olaraq diqqət mərkəzində saxlanılmış, onların çətinlikləri, problemləri hərtərəfli araşdırılmış, imkan daxilində onlara köməklik göstərilmişdir. Mütəmadi olaraq Mənzil Kommunal Təsərrüfatı əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. İ.İbrahimov görülən işlərdə Pirallahı RİH başçısı Vasif İmanovun və “28 May” NQÇİ-nin rəhbərliyinin göstərdiyi köməyi xüsusi vurğulamışdır. 04 dekabr 2015-ci ildə  Günəşli yatağında təbii fəlakətlə əlaqədar baş vermiş hadisə nəticəsində həlak olanların və itkin düşənlərin ildönümü ilə əlaqədar 03 dekabr 2016-cı il tarixində qəsəbə ərazisində  tədbir keçirilmiş və onların xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir. Abidənin açılışında Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı cənab Vasif İmanov, SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayev və şirkətin digər rəhbər işçiləri iştirak etmişlər.  Qeyd edildi ki, nümayəndəlikdə 2016-cı  il  ərzində 11 əmr verilmiş, RİH-dən 18 əmr və  sərəncam daxil olmuş, 38 nəfər  sakin  rəsmi  olaraq  nümayəndənin qəbulunda  olmuş, 47 nəfər isə  şifahi  müraciət etmişdir. 
       Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin bütün guşələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə  Pirallahı Sənaye Parkı yaradılmışdır. 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunun təməli qoyulmuşdur. 16 yanvar 2017-ci il tarixdə Pirallahı Sənaye Parkında "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirildi. Mart ayında isə 3-cü dərman zavodunun təməli qoyulmalıdır. H.Şikarov ötən il rayonda aparılan işlər haqqında ətraflı məlumat verdi və bildirdi ki,  RİH tərəfindən görülən işlər gələcəkdə Çilov qəsəbəsinin də nümunəvi bir yaşayış məntəqəsinə çevrilməsinə əlverişli şərait yaradacaqdır.
         “28 May” NQÇİ-nin rəisi Zaur Bağırov, Çilov – Neft Daşları Bələdiyyəsinin sədri Mahmud Məmmədov dinlənilən hesabata müsbət münasibət bildirdilər. Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər, hesabatı nəzərə alınaraq, qənaətbəxş hesab olundu.
Keçidlər