Pirallahı rayonunun qəsəbədaxili avtomobil yolları yenidən qurulur
23 yanvar 2017 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Pirallahı qəsəbəsində yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri aparılır. Tikinti işləri çərçivəsində rayon mərkəzinə gələn avtomobil yolunun və mərkəzi küçənin yenidən qurulması nəzərdə tutulub. Ümumilikdə sözügedən avtomobil yolunun uzunluğu 8,5 km təşkil edir.
Layihə üzrə tikinti işləri hazırda mərkəzi küçədə aparılır. Ümumilikdə layihə çərçivəsində yolun hərəkət hissəsinin 85 min kvadrat metr sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtük döşənir, yol boyu 16 min paqon-metrə yaxın yeni səki daşı düzülür. Hal-hazırda asfalt örtüyünün çəkilməsi işləri aparılır. Bundan əlavə, qəsəbənin daxilindən keçən magistral yol müasir işıqlandırma sistemi ilə təmin edilir. 147 yeni müasir işıq dirəyin quraşdırılması işləri aparılır.
Qala-Pirallahı avtomobil yolunun 22-ci km-dən Pirallahı körpüsünə qədər olan 1 km yanaşma yolu yenidən qurulur. "Azəravtoyol" ASC tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilir. Bunun üçün 25 metr enində yeni yol yatağı inşa olunur. Bundan başqa, mövcud yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək kipləşdirilir. layihəyə əsasən, sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edəcək. Vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa olunacaq, həmçinin 2-3 metr enində ayrıcı zolaq da qurulacaq. Ümumilikdə 3300 kvadrat metr piyada səkisi tikiləcək, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 poqonmetr səki daşı düzüləcək. Yol boyu müasir işıqlandırma sisteminin quraşdırılması da planlaşdırılır. Layihəyə əsasən, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulacaq. Həmçinin yol boyu 480 metr uzunluğunda yeni istinad divarı inşa ediləcək. Yol yatağının inşası bitdikdən sonra yol əsasının tikintisinə başlanılacaq. 15 sm qalınlığında və 3700 kub metr həcmində qum-çınqıl qarışığından, 10 sm qalınlığında və 2500 kub metr həcmdə isə optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası nəzərdə tutulub. Daha sonra yola 2 qat (7+5 sm) olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.