Pirallahıda növbəti idman yarışı keçirildi
24 yanvar 2017 | 11:00
23 yanvar 2017-ci il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Koşiki Karate üzrə turnir keçirildi. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Vahid Quliyev və Bəxtiyar Allahverdiyev, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul işçisi Elturan Həşimov, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan idmançılarının Olimpiya, Avropa və dünya çempionatlarındakı parlaq qələbələrindən söhbət açdılar. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir. Diqqətə çatdırıldı ki, Rayon İcra Hakimiyyəti tərəfindən rayonda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq işlər aparılır. Bu işlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, zərərli vərdişlərin profilaktikası, gənclərə sağlam həyat tərzinin aşılanması, gənclərin problemlərinin həllinə dəstək, istedadlı gənclərin aşkar olunmasına şərait yaradır. İdman sahəsində müxtəlif idman yarışları və turnirlər keçirməklə rayonda həm idmanın inkişafı həm də kütləviliyinin artırılması sahəsində tədbirlər həyata keçirilir. Belə ki, 2016-cı il ərzində Pirallahı idmançıları ölkə çempionatlarında 20 qızıl, 20 gümüş və 25 bürünc medal qazanmışdır. Dünya çempionatlarında isə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanılmışdır.
Yarışda Pirallahı idmançıları “Nümunəvi göstəriş çıxışları”nı və yüksək hazırlıqlı döyüş bacarıqlarını tamaşaçılara nümayiş etdirdilər.
Sonda qaliblərə medallar, kuboklar və fəxri fərmanlar təqdim olundu.