Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

24 yanvar 2017 | 11:00
      24 yanvar 2017-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi  üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Pirallahı rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, Ağsaqqallar Şurasının və Pirallahı Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
       Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Niftəliyev bildirdi ki, qəsəbə  nümayəndəliyi öz  işini  2016-cı il  üçün Pirallahı  rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab Vasif  İmanovun təsdiq etdiyi iş  planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulandı. H.Niftəliyev qeyd etdi ki, 2016-cı il ərzində qəsəbənin mərkəzi magistral yolunun kənarlarında və eləcə də qəsəbədaxili küçələrdə minlərlə yeni ağaclar və dekorativ kollar əkilmişdir.  K.Rzayev küçəsi, ev 14-ün arxa hissəsində ümumi sahəsi 1 hektara qədər olan ərazidə “Yaşıl park” adlandırılacaq yeni parkın salınmasına  başlanmışdır. Hazırda  parkın ərazisində landşaft kompozisiyalarının düzəldilməsi, yeni həmişəyaşıl və dekorativ ağacların əkilməsi işləri aparılır. Layihə üzrə parkda kölgəliklərin və uşaq oyun meydançalarının quraşdırılması davam edir, işıqlandırma işləri başa çatmaq üzrədir, həmçinin, ərazidə iaşə obyektlərinin və ticarət mərkəzinin tikilməsi işi davam etdirilir. Qəsəbənin estetik görüşünə xələl gətirən küçə ticarətinin ləğv edilməsi məqsədi ilə rayon  İcra  Hakimiyyətinin  başçısı  cənab  Vasif  İmanovun  tapşırığına əsasən qəsəbənin bir neçə yerində “Yaşıl  bazar”ın  tikintisi işlərinə başlanılmışdır.  2016-cı il ərzində əhali ilə mütəmadi görüşlər keçirilmiş, şikayət, rəy və təklifləri ümumiləşdirərək mövcud olan problemlərin həll olunmasına nail olunmuşdur. Qəsəbədə  qanunsuz  tikintilərin  qarşısının alınması məqsədi ilə qəsəbə  mütəmadi reydlər keçirmiş, aşkar olunan qanunsuz tikililər tərəfimizdən qeydə alınaraq müvafiq tədbirlər görülmüşdür. Bundan başqa il ərzində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə mütəmadi reydlər təşkil olunmuşdur. Qəsəbənin K.Rzayev, S.Vurğun, Əzizbəyov, Fioletov, S.Bağırov küçələrində 40-cı məhəllə, 28- 29-cu məhəllələrdə yaşayış binalarının fasadlarında təmir işləri davam etdirilir. Qəsəbədə fəaliyyət göstərən “Bulaq”,  “Çobanyastığı”  və   “Cırtdan” körpələr evi - uşaq bağçalarında cari təmir işləri aparılmışdır. Həmçinin, qəsəbədə iki yeni uşaq bağçasının tikilib istifadəyə verilməsi işləri davam etdirilir. Qəsəbə ərazisində dayanıqlı enerji təchizatı üçün 3 ədəd müasir tipli yeni transformator məntəqəsi tikilmiş, 5 ədəd transformator məntəqəsi isə təmir olunmuşdur. Həmçinin, mərkəzi yolda kommunikasiya xətlərinin keçirilməsi üçün nəzərdə tutulan gilizlərin (ehtiyat yeraltı keçid borular) quraşdırılması işləri davam etdirilir. Qəsəbənin mərkəzi magistral yolu boyunca 6 min kilovatlıq hava xətti yeraltı xətlə əvəz olunmuşdur. Həmçinin qəsəbədə qaz xətlərinin yenilənməsi işlərinə də start verilmişdir. 2016-cı il ərzində qəsəbədə su, kanalizasiya, elektrik və istillik təchizatı xeyli yaxşılaşmışdır.
       Yığıncaqda çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, Azərbaycan 2016-cı ildə mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur. Ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artmış, kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır. Ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə yüksəlmişdir. Qeyd edildi ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Pirallahı qəsəbəsində yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri aparılır, rayonda yeni inzibati binalar və sosial yönümlü obyektlər inşa edilir.
      186 nömrəli tam orta məktəbin direktoru Akif Xankişiyev, 168 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov, Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov öz çıxışlarında hesabata müsbət münasibət bildirdilər. Sonda toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Pirallahı  qəsəbəsindəki nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər, hesabatı nəzərə alınaraq,  qənaətbəxş hesab olundu.
Keçidlər