Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyəti aparatı elektron sənəd dövriyyəsinə keçir
19 iyun 2013 | 10:00
Caspel şirkətinin iştirakı ilıə Pirallahı rayon İcra Hakimiyyəti aparatının elektron sənəd dövriyyəsinə keçidi reallaşdırılır. Bu keçid sənədlərlə işin innovasiyalı texnologiyalar əsasında qurulması deməkdir. Hazırda RİH-də Caspel EBR proqramı quraşdırılır. Sistemə iki modulu – kargüzarlıq və kadrların uçotu modulları artıq istifadəyə tam hazırdır. Kompyuterlər arası şəbəkə vasitəsilə elektron sənəd dövriyyəsi təmin olunacaq bu sistemdə sənədlərin icrasına nəzarət, sənədlərin universal axtarışı, bütün sənədlərin mərkəzləşdirilmiş qaydada qeydiyyatı mümkün olacaqdır. Həmçinin sistemdəki sənədlər elektron formada arxivləşdirilir. Nəhayət kağız daşıyıcılarından imtina olunur və nəticədə kağıza qənaət edilir.
Məlumat üçün bildirək ki, ERP abbreviaturası ingilis dilində olan “Enterprise Resource Planning” adından götürülmüşdür və bu da tərcümədə “müəssisənin ehtiyatlarının planlaşdırılması” mənasını verir. EBR sisteminin əsasında – vahid məlumat anbarının qurulması prinsipi dayanmışdır. Bu prinsip, idarə və müəssisənin (bizim halda RİH aparatının) zəruri səlahiyyətlər verilmiş hər hansı bir sayda əməkdaşının bu məlumat anbarına əlçatarlığını təmin edir. Belə sistem müəssisənin fəaliyyətinin effektivliyinin artırılmasına, informasiya axınının və onun təmin edilməsi ilə əlaqəli xərclərin azalmasına gətirib çıxarır. Bu məqsədlərə EBR sisteminin yerinə yetirdiyi aşağıdakı funksiyalar vasitəsilə çatılır:
- Müəssisənin fəaliyyət planının formalaşdırılması;
- Müəssisənin aktivlərinin idarə edilməsi, danışıqların aparılması, mərkəzləşdirilmiş müqavilələrin yerinə yetirilməsi;
- Müəssisənin maliyyə vəsaitlərinin idarə edilməsi;
- Layihələrin idarə edilməsi, bu layihələrin mərhələlərinin və zəruri ehtiyatların planlaşdırılması.
Son illərdə idarə və müəssisələrə informasiya şəbəkələri vasitəsilə öz kontragentləri ilə məlumat və sənəd mübadiləsi aparmaq imkanı verən internet texnologiyaları xüsusilə geniş inkişaf etməyə başlamışdır. İnternet şəbəkəsinin istifadəsi ilə əlaqəli olan funksiyalar ənənəvi anlamda yalnız müəssisə daxilində qapanmış EBR sistemi çərçivəsindən kənardır.
Ənənəvi EPR sisteminə əlavə edilmiş elektron kommersiya üçün internet-həllər, yeni nəsil sisteminin – Enterprise Resource and Relationship Processing, qısaldılmış adı ERP II olan sistemin yaranmasına gətirib çıxardı. Belə sistem, daxili idarə konturu ilə yanaşı, həm də idarə və müəssisənin kontragentləri ilə əlaqə üçün nəzərdə tutulmuş xarici idarə konturuna da malikdir. ERP II sisteminin üstünlükləri göz qabağındadır. Belə ki, onun köməyi ilə internet texnologiyalarından istifadə etməklə informasiya kanalları vasitəsilə bizim halda RİH aparatına müraciət edənlərlə daha sıx əlaqə imkanları əldə edilir.