Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti iməcilik və ağacəkmə aksiyası keçirildi

28 yanvar 2017 | 11:00
     Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində  silsilə tədbirlər həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində rayonumuz abad və yaşıllıqlarla zəngin bir guşəyə çevrilməkdədir. Pirallahı qəsəbəsində ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Qəsəbənin mərkəzi yolboyu və ətraf ərazilər, yaşayış məhəllələri, dənizin sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək  abadlaşdırılır, yeni yaşıllıqlar salınır.
      Təsdiq edilmiş tədbirlər planına əsasən mütəmadi olaraq rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə ümumrayon iməcilikləri  keçirilir. Bununla əlaqədar 28 yanvar 2017-ci il tarixdə Pirallahı rayonunda növbəti iməcilik və ağac əkmə aksiyası keçirildi. Rayon İcra Hakimiyyətinin, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin və Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə keçirilən  aksiya zamanı 150-yə yaxın Eldar şamı əkilmişdir. Əkilmiş ağaclar və gül kolları suvarıldı, ərazi təmizlənərək səliqəyə salındı. Ərazidə əkilən ağaclara, yaşıllıqlara qulluq və suvarma  işləri davam etdirilir.
      Qeyd edək ki, dekabr və yanvar aylarında  Pirallahı  rayonunda  11000-dən  çox  müxtəlif  növ  ağaclar,  gül  və  kol  bitkiləri  o  cümlədən   eldar  şamı, evkalipt, zeytun, çinar, söyüd, rozmarin, tuya, oleandr (söyüdgülü), leylandra, lavanda, perekanta (dovşanalması), barbaris, evemos (sarı şümşad)  və s.  əkilmişdir. Mərkəzi  yol  kənarı  qazon  örtüyünün  salınması  üçün  torpaq  tökülərək  müxtəlif  landşaft  elementləri, təpələr  düzəldilmişdir.  Həmçinin  təpələr  üzərində  qaya  daşları   ilə  müxtəlif  kompozisiyalar  qurulmuşdur. Bundan  əlavə  yol   kənarı  boyu  dekorativ  çəpərlər  çəkilmiş və hazırda  işlər  davam  etdirilir.
Keçidlər