Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda ailə dəyərlərinin təbliği məqsədilə silsilə tədbirlər təşkil olunur

09 fevral 2017 | 11:00
      Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, onlardan irəli gələn ənənələrin yaşadılması məqsədilə mütəmadi olaraq tədbirlər təşkil olunur. Bu məqsədlə Pirallahı rayonunda yerləşən ümumtəhsil müəssisələrində “Azərbaycan ailəsi 2016” film festivalında iştirak etmiş və seçilmiş filmlərin nümayişi keçirilmişdir. Filmlərin nümayişindən əvvəl çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bildirdi ki,  sosial-iqtisadi həyatda dəyişikliklər mənəvi-psixoloji mühitə də öz təsirini göstərir. Cəmiyyətdə ailə və gender məsələlərinə diqqət artır.  Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur. Ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir.
     Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir. Heydər Əliyev üçün ailə təkcə bir neçə nəfərin birgəyaşayışı deyil, cəmiyyəti yaşadan özəkdir, onun bir parçasıdır və bütövlükdə ölkənin, millətin həyatını və yaşayışını təmin edən bir vasitədir. O, ailəni eyni zamanda millətin və xalqın mənəvi sərvətlərinin, adət-ənənələrinin, dilinin, dininin, mədəniyyətinin, bir sözlə, varlığının təcəssümü hesab edirdi.
      Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən, milli genefondumuzun möhkəmlənməsinə xidmət edir. Ailə dəyərlərinə həmişə böyük həssaslıqla yanaşan dövlət başçısı demişdir: “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəz¬olunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
      Filmlərin təqdimatından sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Keçidlər