Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Xocalı sakinləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirilib

10 fevral 2017 | 11:00
        10 fevral 2017-ci il tarixində  186 №-li tam orta məktəbin akt zalında Pirallahı rayonunda Xocalı sakinləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirilib.
      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib. Aprel şəhidlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
      Tədbir zamanı "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin nümayəndəsi Mübariz Xudaverdiyev son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Bildirib ki, bu istiqamətdə görülmüş tədbirlər çərçivəsində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, müharibə əlilləri və veteranları, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
      Xocalı faciəsinin canlı şahidi Solmaz Haqverdiyeva çıxışı zamanı o qanlı gecədən, Xocalı faciəsindən danışaraq öz acı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
      Görüşdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Rauf Əliyev Qarabağ hadisələrindən, Xocalı faciəsindən, Aprel döyüşlərindən danışıb.
     Tdəbirin sonunda çıxış edən 7-ci sinif şagirdi Selcan Abbasovanın ağlayaraq ifa etdiyi  “Sağalan  dağ deyil, Xocalı dağı” şeiri bir daha sübut etdi ki, Xocalı faciəsi, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən,  ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan oğul və qızlarımız  heç vaxt unudulmayıb və unudulmayacaq!
 
Keçidlər