Pirallahı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
13 fevral 2017 | 11:00
13 fevral 2017-ci il tarixdə Pirallahı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin, N saylı hərbi hissənin və hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin müharibə veteranları, gənclər iştirak etdilər.
Tədbirdən əvvəl torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbirdə çıxış edən Pirallahı rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin kapitanı Anar Abışov ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən, bu sahədə əldə olunan uğurlardan danışdı. A.Abışov qeyd etdi ki, Silahlı Qüvvələrimizin zabit heyətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış hərbi təhsil müəssisələrinin böyük rolu vardır. O, ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi üçün hər an hazır olduğunu bildirdi.
Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maddi-texniki bazasının gücləndirilərək yeni mərhələdə daha da inkişaf etdiyini bildirdi.

H.Şikarov qeyd etdi ki, ötən ilin aprel ayında mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu deyən H. Şikarov, erməni qəsbkarlarına bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuzun əldə etdiyi bütün bu nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru və qələbəsi kimi dəyərləndirib.
H. Şikarov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi kimi qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə etdi. Eyni zamanda, dövlətimizin başçısının “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı yüksək dəyərləndirilərək, bu addım böyük bir yolun, Tarixi Qayıdışın başlanğıcı olaraq tariximizin şanlı səhifəsi sayılan aprel döyüşlərinin uğurlu nəticəsi kimi xarakterizə edilib, Cocuq Mərcanlıda olduğu kimi, tezliklə işğal altından azad olunacaq əzəli Vətən torpaqlarında quruculuq və bərpa işlərinə başlanacağına tam əminlik ifadə olunub.