Pirallahıda idmanın inkişafı daim diqqət mərkəzindədir
14 fevral 2017 | 11:00
Həyatımızın hər sahəsində olduğu kimi, idman sahəsinə də ulu öndər Heydər Əliyev böyük diqqət və qayğı ilə yanaşmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır".
Pirallahı rayon rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, şagirdlər tək təhsildə yox həm də idman sahəsində də bir çox nailiyyət əldə edirlər. Qazanılmış bu uğurların tərkib hissəsi olaraq 11-12 fevral 2017-ci il tarixdə “Şağan” Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Ciu-citsu Milli federasiyasının təşkilatçılığı ilə Braziliya Ciu-citsusu üzrə keçirilən Respublika çempionatında 243 nömrəli tam orta məktəbin şagirdləri, Pirallahı Kempo komandasının üzvləri Qurbanov Dilqəm və Mərdiyev Cəfər 12-13 yaş qrupunda uğura imza atdılar. Belə ki, idmançılarımız yarışın qaydalarına əsasən 3-cü yeri tutaraq diplom və medalla təltif olundular.
Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.