Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirildi

17 fevral 2017 | 11:00
      Pirallahı rayonunun ümumtəhsil müəssisələrində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər  keçirilir.
    16 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Pirallahı rayonunda narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin törətdiyi sosial bəlalar mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları,  təhsil, səhiyyə müəssisələrinin nümayəndələri, müəllim və şagird kollektivi iştirak etdilər.
     Toplantıda çıxış edənlər yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdılar. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasında narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparılır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görülür. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğulandı.
       Tədbir zamanı şagird və müəllimləri maraqlandıran sual və təkliflər ətrafında fikir mübadiləsi aparıldı.
 
 
 
Keçidlər