Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda baş kollektorun çəkilişinə başlanır

19 iyun 2013 | 10:00
 Pirallahı qəsəbəsinin mərkəzi hissəsinə köçürülmüş Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin ətrafında abadlaşdırma işləri davam edir. Abidənin ətrafına 15 kvadratmetr tamet plitə döşənmiş, ağaclar tam budanmışdır. Pirallahı qəsəbəsinin mərkəzində yerləşən, kiçik yaşlı sakinlərimizin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə salınan “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının inşası, bardyurların düzülməsi, tamet döşənməsi işləri sürətlə davam edir. Parkda əlavə olaraq yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulması məqsədilə özüllər hazırlanır.
 Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi davam edir. Tikintiyə kömək məqsədilə keçmiş dəmir yolu boyu düzülmüş 80 ədəd beton plitə MKTB tərəfindən daşınaraq ərazi boşaldılmışdır. Pirallahı qəsəbəsində Kamil Rzayev küçəsində “Xeyir-şər” evinin abadlaşdırılması başa çatmaq üzrədir. S.Bağırov küçəsindəki “Xeyir-şər” evində quraşdırma işləri yekunlaşıb. S.Bağırov və digər küçələrdə kölgəliklər tikilir. 40-cı məhəllədəki Pirin əsaslı təmiri də başa çatmaq üzrədir. 
 Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması prosesi davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlar 15 km məsafədən gün ərzində 70-75 maşın torpaq daşıyaraq gölə tökür. Paralel olaraq drenaj işlərinə və kanalizasiya sisteminin qurulmasına başlanıb, ətraf ərazidə antisanitariya aradan qaldırılır. Kamil Rzayev küçəsində qanunsuz çəpərlənmiş sahələr sökülüb, inşa edilmiş qarajların və digər sənədsiz tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Rayonda zibilxanaların estetik görünüşünün müasirləşdirilməsi işləri də davamlı xarakter daşıyır. Pirallahı qəsəbəsində daha iki yerdə müasir tipli yeni dayanacağın qurulması üçün özül hazırlanır.
 Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xəttlərinin yenidən çəkilməsi prosesi davam edir. Hazırda Su-Kanal departamenti 40-cı məhəllədə fəaliyyətə başlayıb. Tezliklə kanalizasiya sisteminin yenidən qurulmasına başlanacaq. Pirallahı qəsəbəsində Tarxan adlanan ərazidən başlayaraq baş kollektorun 600 mm-lik boruları düzüləcək, yeni müasir nasoslar və təmizləyici qurğu quraşdırılacaqdır. 40-cı məhəllədə “Azəristilik” birliyi tərəfindən istilik sisteminin bərpası prosesi sürətlə davam edir.     
Keçidlər