Pirallahı Rayon Polis Şöbəsində qanvermə aksiyası keçirildi
27 fevral 2017 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. 27 fevral 2017-ci il tarixdə Pirallahı Rayon Polis şöbəsində təşkil olunan növbəti aksiyada RİH-nin və RPŞ-nin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Qeyd edək ki, həkim nəzarətindən keçirilən donorların çəkisi 50 kq-dan az olmamalı, qan verdiyi cari il ərzində əməliyyat edilməməli və qanla keçə biləcək hər hansı bir xəstəliyin daşıyıcısı olmamalıdır. Keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə həkim nəzarətindən keçirildi, daha sonra isə qan verdilər.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar belə aksiyaların keçirilməsini yüksək qiymətləndirərək, digər şəxsləri də qanvermədə iştirak etməyə səslədilər.
Yığılan qan ehtiyatı B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Qeyd edək ki, hazırda Pirallahı rayonunda 195 nəfərdən çox insan qan və qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlardan əziyyət çəkir.