Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu

01 mart 2017 | 11:00
      1 mart 2017-ci il tarixdə Pirallahı rayonunda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Pirallahı rayonunda dislokasiya olunmuş idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri iştirak etdilər.
    Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Pirallahı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov öz çıxışında maarifləndirmə məqsədi ilə keçirilən belə tədbirləri yüksək qiymətləndirdi. V.Səfixanov bildirdi ki, Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. V.Səfixanov fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməyə nail olmağı hədəfləyən bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğuladı. Bildirildi ki, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə mülki müdafiə planları icra başçısı tərəfindən təsdiq edilir və Plan əsasında vaxtaşırı tədbirlər aparılır. Diqqətə çatdırıldı ki, Mülkü müdafiənin əsas məqsədləri rayon ərazisindəki mühüm obyektlərin mühafizəsinin etibarlı şəkildə təşkil edilməsi, təbii fəlakətlərin nəticələrinin operativ şəkildə aradan qaldırılması, əhali arasında maarifləndirici işlərin aparılmasıdır. Rayon ərazisində əhalinin mühafizəsi üçün nəzərdə tutulmuş tutumu 537 nəfər olan 5 ədəd sığınacaq, tutumu 2232 nəfər olan 22 ədəd radiasiya əleyhinə daldalanacaq və tutumu 11724 nəfər olan 30 ədəd zirzəmi mövcuddur.
       Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Cəsarət Kərimov, "Abşeronneft" NQÇİ-nin şöbə rəisi İlham Baxşəliyev, 168 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov və digər çıxış edənlər maarifləndirici tədbirlərin əhəmiyyəti barəsində tədbir iştirakçılarına məlumat verdilər.
       Çıxışlardan sonra tədbirdə iştirak edən mülki müdafiə dəstələrinin mənəvi və fiziki hazırlıq səviyyələrinə, maddi-texniki bazalarına baxış keçirildi, müvafiq tövsiyə və tapşırıqlar verildi.
 
Keçidlər