Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işləri sürətlə davam etdirilir

03 mart 2017 | 11:00
     Respublikamızın digər bölgələrində olduğu kimi, Pirallahı rayonunda da geniş abadlıq-quruculuq işləri uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Pirallahı qəsəbəsində ümumi uzunluğu 8,5 km olan mərkəzi yolda əsaslı  yenidənqurma,   məhəllədaxili  yollarda isə  əsaslı  təmir  işləri aparılır. Asfalt örtüyünün çəkilməsi işləri aparılır. Gecə işıqlandırması dirəklərinin və səki daşlarının quraşdırılması davam etdirilir. Fevral  ayı  ərzində  38  ədəd yeni  işıq  dirəkləri  quraşdırılmışdır.  Yol boyu  mövcud  torpaq  hissə  qazılaraq   çıxarılır və çəkiləcək asfalt  örtüyünün  əsası  hazırlanır. Həmçinin, 3260 m3 yararsız  qrunt  qazılaraq  tikinti  ərazisindən 10 km məsafəyə  daşınmışdır. 284,3 ton asfalt-beton  qarışığı  ilə  düzləndirici  lay  döşənmiş, əsasın üst layı 7877 m2 asfalt- beton  qarışığından  düzəldilmiş, 2580 p/m səki  daşları  qoyulmuşdur.  Səth  sularının  kənarlaşdırılması  üçün  73 m drenaj  xətti  çəkilmişdir. Bundan  əlavə  mərkəzi  yol  boyu  yeni  müasir  tipli  avtobus dayanacaqlarının quraşdırılması davam etdirilir. S. Vurğun  küçəsi, mərkəzi  yol  kənarında  isə  yeni  avtomobil  dayanacağının  inşası  aparılır.
     Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı “Sənaye  parkı”nda  hazırda tikinti-quraşdırma  işləri  aparılır. Belə ki, müvəqqəti  inzibati  bina   quraşdırılmış  və  əraziyə  hasar  çəkilmişdir. 
     Gürgən  qəsəbəsinin  giriş  hissəsində  geniş miqyaslı  abadlıq-quruculuq  işləri aparılmışdır. Qəsəbəsinin  giriş  hissəsində, mərkəzi yolun kənarındakı təpənin üzərində Abşeron memarlığını özündə əks etdirən 98 m uzunluğunda qala  divarının  inşası  davam etdirilmişdir. Ümumilikdə  3 ədədi  düzbucaqlı  digərləri  isə  dairəvi  formada olmaqla 6 ədəd bürcün tikintisi aparılır. Layihə  üzrə  ən  böyük  bürc  10  m hündürlüyündədir. Həmçinin  yol  kənarı  hissədə  dekorativ  hasarlar  çəkilir. Bundan  əlavə  kommunikasiya  xətlərinin  yeraltına  keçirilməsi işləri görülür. Kommunikasiya  xətlərinin yolun bir tərəfindən digərinə  keçirilməsi  üçün 6 ədəd yeraltı  giliz (patron)  qoyulmuşdur.  Ərazidən  keçən  elektrik  və  qaz  xətləri, o cümlədən  35 kVt-lıq  hava  elektrik  xətti yer altına  salınır.
     Gürgən  qəsəbəsində  yerləşən  mövcud  göl  çirkab  sulardan təmizlənmişdir.  Həmin  ərazidə  əhalinin  istirahəti  üçün  gölün yenidən qurulması  işləri  həyata  keçirilir.  Gölün  ətrafında  perimetri  boyu  4 m  enində yol  düzəldilmişdir. Həmçinin gölün perimetri  boyu 300 m  məsafədə qaya  daşları  düzülmüşdür. Gölün qırağında  hündürlüyü 6 m,  eni  isə 12 m olan şəlalə quraşdırılır.  Həmçinin  gölün  yanında  kafenin  inşa  olunması  nəzərdə  tutulmuşdur. Gölün  yanında  yerləşən  mövcud  yamac  hissədə  yaşıllıqlar  salınmışdır. Yuxarı  hissədə  isə  əvvəllər  mövcud  olmuş  dəmir  yolunun  yerində  tarixi  və  müasir tipli  eni  30 m, hündürlüyü  isə  3 m olan qatar  maketlərinin  qurulması  işləri  aparılır. Həmçinin, Gürgən  qəsəbəsində   yerləşən  mövcud təbii bulağın yenidən qurularaq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur. Sudan nümunə götürülərək  laboratoriyada  yoxlanılmış  və  içməyə  yararlı  olduğu  müəyyən  olunmuşdur. Yeni qurulacaq bulaq memarlıq  elementləri  ilə  zəngin olacaqdır. Bundan  əlavə  mərkəzi  yol  boyu,  dəniz  kənarı ilə 180 m-lik  məsafədə  balıqçılıq  və  neftçilərə  aid  kompozisiyanın  qurulması  işləri  aparılır. Burada  balıqçı  torlarından ibarət  çəpər  qurulur. Həmçinin  qayıqlar, neft çənləri, balıqçı  heykəli, qaya daşları və s. estetik  gözəllik  yaradan  elementlərdən  istifadə  olunaraq  kompozisiyanın  qurulması   nəzərdə  tutulmuşdur.
     “Nərəkənd” balıqyetişdirmə  kompleksinin  ərazisində  tikinti  quraşdırma  işləri  aparılır. Hazırda  ərazinin  ətrafı  boyu  hasar  çəkilir  və  layihəyə uyğun  olaraq  inşa  olunacaq  tikililərin   bünövrələrinin  quraşdırılması  işləri  həyata  keçirilir.
     S. Vurğun  küçəsi, mərkəzi  yol  kənarında  Beton  zavodun  yaxınlığında   müxtəlif  ölçüdə  qaya  daşları  ilə  dekorativ  kompozisiya  qurulmuşdur.  Onun  üzərində  isə  respublikamızda  mövcud  olan  tarixi  və  müasir  tikililəri, təbiət  mənzərələrini  özündə  əks  etdirən  rəsmlərin  həkk  olunması  işləri  aparılır. 
      Pirallahı qəsəbəsində yerləşən “Yaşıl park” adlandırılan yeni parkın yaxınlığında metal  konstruksiyadan inşa  olunmuş iaşə obyekti  və  ticarət  mərkəzində  tikinti-quraşdırma  işləri  davam  etdirilir. K. Rzayev  küçəsində  də məhəllələrdə  abadlıq  işləri  aparılır.  Yol  kənarı  boyu  köhnə,  dağılmış  səki daşları  sökülərək  çıxarılaraq yeniləri ilə əvəzlənir. K. Rzayev küçəsində 6 nömrəli  yaşayış binasının fasadında təmir  işləri  tamamlanmışdır.  Ev 18-də isə təmir işləri aparılır.  İ. Fioletov  küçəsində isə  8 və 14 nömrəli  yaşayış  binalarında  təmir  işləri  davam  etdirilir.
Pirallahı  qəsəbəsi,  S.Vurğun  küçəsində  yerləşən  yaşıl  bazarda  və  ictimai-iaşə  obyektində tikinti-quraşdırma  işləri  aparılır. Həmçinin S.Vurğun, K.Rzayev, İ.Fioletov küçələrində, mərkəzi yol kənarında   yerləşən  qeyri-yaşayış  obyektlərində  də  təmir-tikinti  işləri  davam  etdirilir.
Pirallahı  qəsəbəsi, S.Vurğun  küçəsi, 28-ci  məhəllədə  yeni yanacaqdoldurma  məntəqəsinin  inşa  olunması  işləri aparılır,  bünövrə  çalası  qazılmış, çalaya  karbonat  tökülərək  katok  vasitəsilə  tıxaclanmışdır. Hazırda  işlər  davam  etdirilir.
     Pirallahı  qəsəbəsində  magistral  yolun  yenidən  qurulması ilə  əlaqədar  əhalini  təmin  edən  müxtəlif  diametrli 100 metr su xəttinin yeri dəyişdirilmişdir. K.Rzayev  küçəsindəki 20 və 24   nömrəli  yaşayış  binalarının  zirzəmilərində  təmir  işləri  aparılmış  və  axıntıların  qarşısı  alınmışdır. Həmçinin  29-cu məhəllədə yerləşən 15 nömrəli yaşayış binasının  zirzəmisində  20  metr  boru  dəyişdirilmiş  və  zirzəmidən  çirkab  sular  nasoslar  vasitəsi  ilə  təmizlənmişdir. Bundan  əlavə  28-ci  məhəllə  ev  4  və  29-cu  məhəllə  ev  8-in  zirzəmisi  mütəmadi  olaraq  qrunt  sularından təmizlənir. Fevral   ayı  ərzində  600  m  su  xətti  və  190  m  kanalizasiya  xətti  təmir  edilmişdir.  Bundan  əlavə  müxtəlif  diametrli  3100  metr  kanalizasiya  xətti  mexaniki  üsulla  təmizlənmişdir.
     Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıq sahələrinin genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Belə ki, fevral ayı ərzində Pirallahı rayonunda 10000 ədəd müxtəlif növ həmişəyaşıl və meyvə ağacları  əkilmişdir. Mərkəzi yol kənarı boyu mövcud yaşıllıq ərazilərdə  torpaq  tökülərək hamarlanma  işləri  aparılmışdır. Xatırladaq ki, il ərzində 24 növ,  50000-dən çox  müxtəlif  növ ağac, 6000 ədəd  isə  müxtəlif  növ gül  və  kol  bitkiləri  əkilmiş, onlara aqrotexniki qulluq göstərilmişdir. Həmçinin, mərkəzi yol kənarı qazon örtüyünün salınması üçün torpaq tökülərək müxtəlif landşaft elementləri, təpələr  düzəldilmişdir. O cümlədən, təpələr  üzərində  qaya  daşları və  gül  kolları  ilə  müxtəlif  kompozisiyalar  qurulmuşdur. Bundan  əlavə  yol   kənarı  boyu dekorativ  çəpərlər  çəkilmiş və  hazırda  işlər davam etdirilir.
 
 
 
 
 
 
 
 
Keçidlər