Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Milli-mənəvi dəyərlərimiz və İslam” mövzusunda maarifləndirici tədbir keçirildi

07 mart 2017 | 11:00
         7 mart 2017-ci il tarixdə Pirallahı rayonunda “Milli-mənəvi dəyərlər və İslam”  mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə RİH əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Bakı şöbəsinin nümayəndəsi, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, təhsil müəssisələrinin kollektivləri, rayon ictimaiyyəti və yuxarı sinif şagirdləri iştirak etdilər.
        Rayon İcra Hakimiyyəti başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev öz çıxışında qeyd etdi ki, islam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Vüsal Babayev bildirdi ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir. Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaqdır. V. Babayev “İslam həmrəyliyi ili” çərçivəsində 2017-ci ildə rayonda keçiriləcək tədbirlər və görüləcək işlər barəsində də  məlumat vermişdir.
      Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Pirallahı Qəsəbə Məscidi Dini İcmasının sədri Elçin Baxşıyevə çıxış edərək bildirdilər ki, din uzun tarixi dövr ərzində hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olmuşdur. Natiqlər həmçinin milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkmiş, bu sahədə yeniyetmə - gənclərə dəyərli tövsiyələrini vermişlər.
       Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və belə tədbirlərin rayonun digər tədris müəssisələrində də keçirilməsi qərara alınmışdır.
 
Keçidlər