Pirallahı rayonunda Beynəlxalq Qadınlar Günü qeyd olundu
08 mart 2017 | 11:00
Beynəlxalq Qadınlar Günü münasibəti ilə Pirallahı rayonunun idarə və müəssisələrində silsilə tədbirlər təşkil olunur. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən Pirallahı RİH başçısının müavini Vəzir Səfixanov qadınları təbrik edərək qeyd etdi ki, Azərbaycan xalqı həmişə ana müqəddəsliyi qarşısında baş əymiş, qadın adını uca tutmuşdur. Ülvilik, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Müasir dövrümüzdə qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında geniş fəaliyyəti, öz bilik və bacarıqları ilə cəmiyyətimizin ümumi inkişafında yaxından iştirakı Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir. Diqqətə çatdırıldı ki, Ümummilli liderimiz Heydər Əliyev qadınlarımızın cəmiyyətdəki rolu haqqında danışarkən demişdir: “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır”.
Bildirildi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın birinci xanımı, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın örnək olan fəaliyyəti diqqətə çatdırıldı.
Çıxış edən qadınlar hər zaman Azərbaycan qadınına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Bayram tədbirləri Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsində, Pirallahı rayon Məşğulluq Mərkəzində və digər idarələrdə də keçirildi.