Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi Novruz bayramı münasibətilə humanitar aksiyalar keçirir
16 mart 2017 | 11:00
Novruz bayramı ərəfəsində Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə silsilə humanist aksiyalar keçirilir. 16 mart 2017-ci il tarixdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, tənha, kimsəsiz insanlarla görüş keçirildi.
Tədbir zamanı Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi.
Sonda qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı. Yardım alan ailə üzvləri hər zaman onlara mənəvi dayaq olan Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova və xeyriyyəçi insanlara öz dərin minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, əlil ailələrə və sağlamlıq imkanları məhdud olan insanlara verilən ərzaq məhsulları evlərinə çatdırıldı.