Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər Pirallahı rayon İcra hakimiyyətində vətəndaşların qəbulu keçirildi

20 iyun 2013 | 10:00
 2013-cü il iyun ayının 19-da Bakı şəhər Pirallahı rayonu İcra hakimiyyəti Başçısı aparatında rayon sakinlərinin növbəti qəbulu təşkil edildi. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin Başçısı Vasif İmanov keçirdi. Qəbula gələnləri salamlayan İcra başçısı vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü əsas strateji xətt dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsidir. Pirallahı rayonunda görülən abadlıq-quruculuq işlərindən ətraflı bəhs edən İcra başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi. Pirallahı sakinləri şəhid ailəsi Cəmilə Suvarova, qəsəbə ağsaqqalı Oqtay Əhmədov, eləcə də Siyalə Əhmədova, Samir Cabbarov, Eyvaz Xudaverdiyev, Elman Məhərrəmov, Nailə Osmanlı, Afət Həsənova, Nərminə Sadıqova, Sevinc Məmmədova, Mehriban Rəhimova, Əhməd Məmmədov, Qızılgül Abbasova, Eyvaz Piriyev və başqaları, ümumilikdə 30 nəfərə yaxın vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən sənədsiz tikililərin söküntüsü, qəyyumluq, bələdiyyə torpaq sahələri, işlə təminat, yardım, kommunal borclar və digər məsələləri əhatə etmişdir. Hər bir sakini diqqətlə dinləyən İcra başçısı rayonda böyük abadlıq işlərinini aparılacağını, sənədsiz və yöndəmsiz köşklərin, qarajların və digər tikililərin aradan qaldırılacağını söylədi.  Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran İcra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Su-kanal Departamentində və MKTB-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verdi və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verdi.
Keçidlər