Pirallahı rayonunda aztəminatlı ailələrə bayram sovqatı paylanıldı
20 mart 2017 | 11:00
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə şəhid ailələri, rayon ərazisində məskunlaşmış məcburi köçkünlər və aztəminatlı ailələrlə görüş keçirildi.
Görüş zamanı iştirakçılara RİH başçısı Vasif İmanovun bayram təbrikləri çatdırıldı. Belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından əhəmiyyəti vurğulandı, aztəminatlı ailələrin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edildi.
Görüşdə iştirak edən rayon sakinləri Pirallahıya və onun sakinlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına bayram sovqatı təqdim edildi. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən şəhid ailələri, rayon ərazisində məskunlaşmış məcburi köçkünlər və aztəminatlı ailələr evlərində ziyarət olundular. Bütövlükdə yüzə yaxın aztəminatlı ailəyə bayram sovqatı təqdim edilmişdir.