Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya başa çatdı

27 mart 2017 | 11:00
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Pirallahı məktəbliləri martın 26-da geri döndülər.
      Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ümummilli Liderə məxsus geyim və şəxsi əşyalarla tanış olublar.
      Tur-aksiya iştirakçıları, həmçinin  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Gənclər Mərkəzi, Dövlət Bayrağı Muzeyi,  Naxçıvan Dövlət Universiteti, Naxçıvan Avtomobil Zavodu, Naxçıvan şəhərində fəaliyyət göstərən səhiyyə və sənaye müəssisələri ilə tanış olublar. İştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik qədim Ordubad rayonuna da səfər edib, tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar. Bakı məktəbliləri Naxçıvan, Ordubad şəhərlərinin, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olublar.
    Qeyd edək ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarını Heydər Əliyev Beynəlxalq Hava Limanında gözləmə zalında RİH əməkdaşları,  ictimaiyyətin nümayəndələri qarşılayıblar. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov səyahətdən qayıdan şagirdlərin tur barədə fikirlərini dinləyib onlara təhsillərində uğurlar arzuladı.
       Aksiya iştirakçıları Elgün Həsənquliyev və İnarə Mayılova gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar və ölkə başçısının onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər.
 
Keçidlər