Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən növbəti humanist aksiya keçirildi
28 mart 2017 | 11:00
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə rayon ərazisində silsilə humanist aksiyalar keçirilir. 27 mart 2017-ci il tarixdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, tənha, kimsəsiz insanlarla növbəti görüş keçirildi.
Tədbir zamanı Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərin, sosial problemləri olan rayon sakinlərinin rifah halının yaxşılaşdırılması sahəsində bundan sonra da böyük həvəslə və əzmkarlıqla fəaliyyət göstərəcəyini vurğuladı.
Sonda qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı. Əlil ailələrə və sağlamlıq imkanları məhdud olan insanlara verilən ərzaq məhsulları evlərinə çatdırıldı.