Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirildi

29 mart 2017 | 11:00
      Pirallahı rayonunun ümumtəhsil müəssisələrində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər  keçirilir. Növbəti tədbir 29 mart 2017-ci il tarixdə 186 №-li tam orta məktəbin akt zalında təşkil olundu. Toplantıda Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları,  təhsil, səhiyyə müəssisələrinin nümayəndələri və məktəblilər iştirak etdilər.
       Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov öz çıxışında son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Pirallahı rayonunda da çoxsaylı tədbirlərin həyata  keçirildiyi vurğulandı.
      Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elturan Həşimov yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. E.Həşimov bildirdi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görür. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik  maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyi vurğulandı.
       10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş hakiminin müavini Kəmalə Mustafayeva çıxış edərək narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını maarifləndirdi.
        Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri öz  çıxışları zamanı narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladılar.
        Sonda məktəbliləri mövzuya dair maraqlandıran suallar cavablandırıldı.
 
Keçidlər