Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 31 mart - azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi yad edildi.

31 mart 2017 | 11:00

      31 mart 2017-ci il tarixdə Pirallahı rayonunda  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirildi. Tədbirdə RİH əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri, orta məktəblərin şagirdləri iştirak etdilər.
     Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində 29 N-li Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin əl işlərindənibarət sərgi ilə tanış oldular.
      Tədbir zamanı xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
      Mərasimdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası ilə bir neçə əsr ərzində xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror və soyqırımı aktlarından danışdı. V.Səfixanov bildirildi ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri və faşistləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək onlarla yaşayış məntəqəsini viran qoymuş, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar.
     1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını, Qubanı, Şamaxını və digər əzəli türk torpaqlarını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər, vəhşiliklər törədilmişdir.
      Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. Ötən əsrin 80-ci illərində 200 mindən çox azərbaycanlı Ermənistandan amansızcasına, görünməmiş vəhşiliklərə məruz qalaraq qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı soyqırımı faciələri törədilmişdir.
     Məruzədə azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırılır. Azərbaycan həqiqətlərinin, erməni millətçilərinin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vandalizm hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin rolu xüsusi vurğulanmışdır.
         Anım mərasiminə “Soyqırım: Bakı” filminə baxışla yekun vurulmuşdur.

Keçidlər