Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının RİH-nin ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birinci konfransına hazırlıqla əlaqədar olaraq rayonda hesabat-seçki yığıncaqları keçirilir. 07 aprel 2017-ci il tarixdə Pirallahı RİH-də ilk partiya təşkilatında sonuncu hesabat-seçki yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının ilk partiya təşkilatının sədr əvəzi Vüsal Babayev açaraq Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu haqqında danışdı. V.Babayev Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin Azərbaycana böyük uğurlar gətirdiyini və onun əbədiyaşar ideallarının bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirildiyini bildirdi.
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov, RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mahir Qarayev və başqaları ərazi ilk partiya təşkilatının qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, 24 il ərzində çətin və şərəfli yol keçməsi, partiyanın ölkəmizdə anarxiya və özbaşınalığın hökm sürdüyü bir vaxtda ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması, əslində bu təşkilatın yaradılmasının Azərbaycan cəmiyyətinin tələbi olması, YAP-ın sədri seçildikdən sonra partiyanın möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən daha da möhkəmlənməsi və güclənməsi haqqında geniş məlumat verdi.
Acıq səsvermə nəticəsində Vüsal Babayev ərazi ilk partiya təşkilatının sədri, Seymur Yusibov və Aysel Əsgərova isə sədr müavinləri seçildilər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının I konfransına nümayəndələr seçildi.