Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda rus icmasının Pasxa bayramı qeyd edildi

17 aprel 2017 | 11:00

Aprelin 16-da Pirallahı rayonunda xristianların müqəddəs Pasxa bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rus icmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri açıq elan edən Bakı Yeparxiya İdarəsinin katibi, Mixail Arxangel adına rus pravoslav kilsəsinin keşişi protoiyerey Mefodiy Əfəndiyev bildirdi ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Daha sonra Prezident İlham Əliyevin iki gün əvvəl Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbriki oxundu. Diqqətə çatdırıldı ki, ölkəmizdə  Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir və hər bir insanın dini etiqad azadlığı təmin olunur.
Tədbirdə qeyd edildi ki, bu il Pasxa aprelin 16-da qeyd edilir və katoliklərin Pasxası ilə eyni vaxta düşür. İsa peyğəmbərin dirilməsi münasibətilə qeyd edilən Pasxanın qədim ənənələri var. “Pasxa” sözü qədim yəhudi dilində “çıxma”, “qurtulma” deməkdir.
        Rayon İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev hamını salamlayaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Qeyd edildi ki,  yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcud olub, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşıb, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradıb. Bu gün Azərbaycan dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.
   Toplantıda  çıxış edən Pirallahı rayon Rus icmasının sədri Elena Aşurova, qəsəbə sakini İnna Seroşdan və digərləri Azərbaycanda özlərini öz doğma vətənlərindəki kimi hiss etdiklərini bildirərək onlar üçün yaradılan hər bir şərait üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
  Sonda tədbirdə iştirak edənlərə hədiyyələr paylanıldı.

Keçidlər