Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda göz müayinəsi aksiyası keçirildi

18 aprel 2017 | 11:00

18 aprel 2017-ci il tarixdə Azərbaycan  Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzinin təşəbbüsü və QAC Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə Azercell Mobil Göz Klinikası və "Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyinin həkim kollektivi Pirallahı rayonunda qeydiyyatda olan 50-dən artıq aztəminatlı ailənin üzvünü təmənnasız qəbul edib gözlərini müayinə etdilər. İxtisaslı həkimlər onların görmə qabiliyyətləri müəyyənləşdirilmiş, göz dibi təzyiqinin və hər hansı bir xəstəlik əlaməti olub-olmadığını yoxlamadan keçirdilər. Həkimlər tərəfindən görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərildi, bəzilərinə isə məsləhətlər və ambulator müalicə üçün müvafiq reseptlər verildi.
       Müayinə olunan insanlar onlara göstərilən bu qayğıya, mehriban münasibətə görə həkim kollektivinə və tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.
Sonda vətəndaşlar və klinikanın nümayəndələri keçirilən aksiyadan məmnun qaldıqlarını bildirərək, gələcəkdə də belə tədbirlərin keçirilməsini arzuladılar.

Keçidlər