Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirildi

16 may 2017 | 11:00

Ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Bakıda və regionlarda maarifləndirici tədbirlər davam etdirilir. Növbəti tədbir 16 may 2017-ci il tarixidə Pirallahı rayonunda keçirildi.
    “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda keçirilən maarifləndirici tədbirdə çıxış edən Pirallahı RİH Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev  qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində ölkəmiz sahib olduğu tolerantlıq ənənələrini və multikultural dəyərlərini yenidən bərpa edib. Həmçinin natiq vurğuladı ki, Ulu Öndər Azərbaycanda əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənələrini inkişaf etdirərək onu yeni müasir mərhələyə çatdırıb. Bu strategiya ölkə başçımız cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Hətəm Gülməmmədov,  “Pirallahı” Məscidi dini icmasının axundu Elçin Bəxşiyev, Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov və 235 № li orta məktəbin direktoru Tahir Süleymanov qeyd etdilər ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Bu tarixi Sərəncamla Azərbaycan öz milli-mənəvi dəyərlərinə bağlılığını təsdiq etməklə bərabər, gələcəyə bərabərlik, qardaşlıq, sülh körpüsünü salır.
     Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər