Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda növbəti tədbir keçirildi

24 may 2017 | 11:00

Ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Bakıda və regionlarda maarifləndirici tədbirlər davam etdirilir. Pirallahı rayonunda növbəti belə tədbir 24 may 2017-ci il tarixidə Pirallahı qəsəbəsində, Kamil Rzayev küçəsindəki mərasim evində keçirildi. “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda keçirilən maarifləndirici tədbirdə çıxış edən Pirallahı RİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev  Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və multikultural dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamların əhəmiyyətindən danışdı. Bildirdi ki, Milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
V.Babayev qeyd etdi ki, müasir dünyadakı qlobal inteqrasiya prosesində önəmli yer tutan Azərbaycan dövləti özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanınır, onları yüksək səviyyədə təbliğ etməyi bacarır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin müdiri Anar Kazımov, şöbənin məsul əməkdaşı Hətəm Gülməmmədov, “Pirallahı” Məscidi dini icmasının axundu Elçin Bəxşiyev, Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov və 235 №-li tam orta məktəbin direktoru Tahir Süleymanov qeyd etdilər ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Vurğulandı ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Keçidlər