Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilir

25 may 2017 | 11:00

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında ölkədə reallaşdırılan “İnsan hüquqları aylığı” çərçivəsində Pirallahı Rayonunda müxtəlif tədbirlər keçirilir. Hüquqi maarifləndirmə işinin rayonda təşkili məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının  18 may 2017-ci il tarixli, 51 nömrəli Sərəncamı hazırlanmışdır.  Sərəncam əsasında Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil müəssisələrində, mədəniyyət ocaqlarında tədbirlər keçirilir, maarifləndirmə işləri aparılır.
Tədbirlərdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis şöbəsinin məsul əməkdaşları qeyd etdilər ki, Respublikamızda insan hüquqlarına dövlət tərəfindən xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli, 2231 nömrəli Sərəncamına əsasən hər il iyunun 18-i ölkədə İnsan hüquqları günü kimi qeyd olunur. Həmin Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə hər il  may ayının 18-dən iyun ayının 18-dək İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir.
Diqqətə çatdırıldı ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət  Proqramı”na uyğun olaraq dövlət orqanları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən Respublikanın bütün regionlarında insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən konfrans və müxtəlif  tədbirlər təşkil  olunur.
Müzakirələr zamanı tədbir iştirakçılarının sualları cavablandırıldı və tədbirin sonunda video-slayd nümayiş olundu.

Keçidlər