“Mən sülhə səs verirəm!”
Pirallahı Rayonu 168 nömrəli tam orta məktəbdə “Mən sülhə səs verirəm!” adlı tədbir keçirildi. Tədbirdə RİH əməkdaşları, məktəbin müəllim heyəti, valideynlər və məktəblilər iştirak etdilər.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqı əsrlər boyu özünün sülhsevərliyi, humanizmi ilə tanınıb. Lakin bu gün Azərbaycan torpaqlarının 20 faizi xain qonşular tərəfindən işğal altında saxlanılır, 1 milyondan çox soydaşımız doğma vətənimizdə məcburi köçkünə çevrilib. Dövlətimizin Başçısı, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün sülh prosesinə üstünlük verir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun ildən-ilə daha da güclənməsi məqsədilə zəruri olan bütün tədbirləri görür. Bu gün Milli Ordumuz regionda ən güclü ordudur, bütün sahələrdə düşməndən qat-qat üstündür, ancaq Azərbaycan münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Lakin heç kəs Azərbaycan xalqının sülhsevərliyindən, humanizmindən, insanpərvərliyindən sui-istifadə edə bilməz. Hər qarış Azərbaycan torpağı, doğma Qarabağımız, Prezident İlham Əliyevin dediyi kimi, ya sülh, danışıqlar, ya da başqa yolla mütləq düşmən tapdağından azad ediləcəkdir. Bu prosesin dinc yolla həllinin qaçılmaz olmasını mənfur qonşularımız nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşıdır.
Tədbir zamanı məktəblilərin nümayiş etdirdiyi şeir və digər səhnəciklər, müxtəlif mahnı və rəqs nömrələri qonaqlar tərəfindən maraqla qarşılandı.