Pirallahı rayonunda növbəti iməcilik keçirildi
15 İyun – Milli Qurtuluş günü münasibətilə Pirallahı rayonunda genişmiqyaslı iməclik aksiyası keçirildi. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları iştirak etdilər. Aksiya zamanı əkilmiş ağaclar və gül kolları suvarıldı, ərazidə abadlıq, səliqə-səhman işləri həyata keçirildi.
Mövsüm ərzində bu ərazidə əkilən ağaclara, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradır ki, bu da artıq ənənə halına çevrilmişdir.