Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbəsində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir

21 iyun 2017 | 11:00

   Bu gün ölkəmizin bütün guşələrində, eyni zamanda paytaxt Bakıda və onun qəsəbələrində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Bu baxımdan Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.  Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır.
Pirallahı Rayon Gürgən  qəsəbəsinin giriş hissəsində qala  divarının  inşası  tamamlanmışdır. Həmçinin  yol  kənarı  hissədə  dekorativ hasarların inşası başa çatdırılmışdır. Qala divarlarında inşa olunmuş qüllələrin diametri isə 3,8-4.4 m arasında dəyişir. Ümumilikdə qala divarlarının uzunluğu 654 m-dir. Giriş hissədəki qüllələrin  üstündə iki ədəd Azərbaycan Respublikasının bayrağı quraşdırılmışdır. Həmçinin Qala divarlarının üstündə daşdan yonulmuş 12 ədəd çıraq quraşdırılmışdır. Gürgən qəsəbəsinin giriş hissəsində təbii bulağın yenidən qurulması işləri tamamlanmışdır. Bulağın eni 4,2 m hündürlüyü isə 3,4 m-dir. Bulağın sağ və sol tərəflərindəki sütunların üstündə mişar daşdan yonulmuş 2 ədəd çıraq quraşdırılmışdır. Qəsəbədə  əhalinin  istirahəti  üçün süni göl və  onun ətrafında  “Gürgən” parkın salınması işləri həyata  keçirilir.  Gölün ətrafında perimetri  boyu  4 m  enində yol  düzəldilmişdir. Göl ərazisində yel dəyirmanı, oturacaqlar quraşdırılmış, katamaran, qayıqlardan istifadə edilərək estetik gözəllik yaradılmışdır.  Burada  quraşdırılmış şəlalədə və körpüdə işlər davam etdirilir. Həmçinin gölün ətrafı boyu və  mövcud  yamac  hissədə  yaşıllıqlar  salınmışdır.
Mərkəzi  yol  boyu  dəniz  kənarında  “Gürgən” parkı ilə üzbəüz 200 m-lik  məsafədə  “Balıqçı  Həyatı” kompozisiyası  qurulmuşdur.  Burada  balıqçı, neftçi  və onların ailəsindən ibarət 3 ədəd heykəl quraşdırılmışdır. Balıqçı torlarından  ibarət  çəpərlər  yığılmışdır.  Həmçinin 4 ədəd qayıq, neft çənləri, araba, quyu, tonqal, qaya  daşları, xırda daşlar  və s.  estetik  gözəllik  yaradan  elementlərdən  istifadə  olunmuşdur. Əraziyə qazon örtüyü, ağac və müxtəlif  növ gül kolları əkilmişdir. 
Rayon ərazisində tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilir.

Keçidlər