Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda mütəmadi olaraq monitorinqlər aparılır

14 iyul 2017 | 11:00

12 iyul 2017-ci il tarixdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda geniş müzakirə olunan məsələlərdən biri süni qiymət artımına yol verilməməsi və bu sahədə çox ciddi cəza tədbirlərinin görülməsi idi.
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Pirallahı Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görürlər. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “İstehlak bazarında və sahibkarlıq fəaliyyətində sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üzrə Komissiya” və bu komissiyanın nəzdində RİH-in məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbər işçiləri və rayon sakinlərindən ibarət İşçi Qrupu yaradılmışdır. 2017-ci ilin yanvar-iyun ayları ərzində İşçi Qrupu tərəfindən rayonda fəaliyyət göstərən ticarət obyektlərində, apteklərdə monitorinqlər aparmış və hər hansı qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə halları müşahidə olunmamışdır.
     13 iyul 2017-ci ul tarixdə Pirallahı rayonunda növbəti monitorinqlər keçirilmişdir. İşçı qrupun üzvləri  rayonun satış mərkəzlərində olmuş, əhali ilə söhbət etmiş, ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, satış mərkəzlərində olarkən əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilmədiyini, rayonda süni mal qıtlığının mövcud olmadığını müəyyənləşdirmişdir.
        Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

Keçidlər