Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda abadlıq işləri davam edir

30 iyun 2013 | 10:00
 Pirallahının mərkəzi hissəsinə köçürülmüş Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin ətrafında abadlaşdırma işləri davam edir. Abidənin ətrafındakı ağaclar tam budanaraq ərazi təmizlənmiş, abadlıq məqsədilə müasir bardyurlar alınıb əraziyə gətirilmişdir. Hazırda köhnə kubik daşdan olan bordyurların sökülərək yeniləri ilə əvəzlənməsi prosesi gedir. Eyni yeni bordyurların döşənməsi işləri 29-cu məhəllədə də  davam edir.
 Pirallahı qəsəbəsində “Xeyir-şər” evlərinin abadlaşdırılması başa çatmaq üzrədir. Kamil Rzayev küçəsində “Xeyir-şər” evinin üst fermaları döşənib başa çatıb, hazırda damın çardağının vurulması işləri görülür. Kamil Rzayev küçəsində, “Xeyir-şər” evinin qonşuluğunda beş metr diametrə malik kölgəliyin qurulmasına başlanmışdır. Küçənin girəcəyində, MİS-in yanında avtomobillərin hərəkətinin asanlaşdırılması və təhlükəsizliyin təmin edilməsi məqsədilə küçənin bordyurları sökülərək nəqliyyatın normal hərəkəti üçün şərait yaradılmışdır. 
 Son günlər görülən işlərdən Beton zavodun tikintisi üçün sahənin ayrılması, ərazinin təmizlənməsi və inşaat işlərinə başlanması da qeyd edilməlidir. Bundan başqa qaz istismar sahəsinin köhnə binası da sökülərək ərazi təmizlənmişdir. S.Bağırov və digər küçələrdə də kölgəliklərin qurulmasına başlanıb.  “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının inşası sürətlə davam edir. Bardyurların düzülməsi işlərinə də başlanıb. Parkda əlavə olaraq yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulması işlərinə də hazırlıq gedir.
 Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması prosesi davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlar indiyədək artıq 1400-dən çox reys edərək 15 km məsafədən torpaq daşıyıb gölə tökürlər. 40-cı məhəllədə və Kamil Rzayev küçəsində xaotik şəkildə, qanunsuz, uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi davam edir.. Kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. “Azəristilik” birliyi bütövlükdə rayon üzrə daxili şəbəkənin çəkilişi işlərinə start verərək qazanxanada və xətlərdə xeyli iş yerinə yetirib.
Keçidlər