Pirallahı rayonunda İnformasiya təhlükəsizliyi və dövlət sirrinin qorunması ilə bağlı tədbir keçirildi
11 avqust 2017 | 11:00
11 avqust 2017-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında “İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması” ilə bağlı Şura iclası keçirildi. Tədbirdə Şuranın üzvləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və digər təşkilatların və idarələrin təmsilçiləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun sədrliyi ilə keçirilən müşavirədə əsasən kütləvi informasiya vasitələrində və internet resurslarında, o cümlədən sosial şəbəkələrdə fəaliyyət müzakirə olundu. V.İmanov öz çıxışında bildirdi ki, “Dövlət sirri haqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri hesab olunan, eyni zamanda hərbi sahədə ölkəmizin milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet resurslarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağan olunur. Diqqətə çatdırıldı ki, ölkə ərazisində və onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri və vətəndaşlar, eyni zamanda Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Eləcə də, bütün sahələr üzrə rayon ərazisində abadlıq-quruculuq, yenidənqurma işləri, sosial-iqtisadi, tikinti-məişət işləri sahəsində həyata keçirilən müxtəlif layihələr, təhsil, səhiyyə və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlərlə və s. bağlı KİV-lərə verilən məlumatlar, sosial şəbəkələrdə paylaşmalar mütəxəssislər və o sahədə konkret məlumatı olan məsul şəxslər tərəfindən verilməlidir. Bildirildi ki, hər bir təşkilat, müəssisə kütləvi informasiya vasitələrinə məlumat verərkən diqqətli olmalıdır.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Samir Hüseynov və N saylı hərbi hissənin komandiri Elnur Rüstəmov bildirdilər ki, müasir dövrdə informasiyanın yeni dəyər kəsb etməsi, onun strateji resursa çevrilməsi, qorunması, təhlükəsizliyinin təmin olunması ön plandadır. İnformasiya təhlükəsizliyi probleminin həlli yalnız texniki üsul və vasitələrdən istifadə bacarıqlarından deyil, həm də insanların mədəniyyətindən asılıdır. Dövlətin milli təhlükəsizliyi cəmiyyətin hər bir fərdinin təhlükəsizlik maraqları deməkdir. Bu səbəbdən də, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən əhali arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə maarifləndirmə işi təşkil olunmalı, hərbi-siyasi və əməliyyat şəraitinə dair məlumatların internet informasiya ehtiyatlarına, o cümlədən sosial şəbəkələrə sızmasının qarşısı alınmalıdır.
Qeyd edildi ki, xidmət sahələri də, bələdiyyə orqanları da dövlət müəssisələri ilə sıx əlaqədə işləməlidir. Qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklər ərazilərinə nəzarəti gücləndirməli, ərazinin sanitar təmizliyinə əməl olunması üçün tədbirlər görülməlidir.