Ana və uşaqların sağlamlığının qorunmasına dair maarifləndirici seminar keçirildi
15 avqust 2017 | 11:00
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada içtimai səhiyyə sahəsində dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət və QHT-la əməkdaşlıq çərçivəsində, Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə yeniyetmə qızlar, qadınlar (hamilə qadınlar daxil olmaqla) arasında ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına, eləcə də hamilə qadınların psixi sağlamlığın qorunmasına dair geniş səhiyyə maarifi işini təşkil edir. Belə ki “1-7 avqust Ümumdünya ana südü ilə qidalanma həftəsi” ilə bağlı AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Pirallahı rayonunda yerləşən tibb müəssisəsində hamilə qadınlar və analarla görüş təşkil edilmişdir. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən tədbirdə AzQAC Pirallahı Rayon Bölməsinin sədri Təranə İskəndərova, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Şəhla Həsənzadə, Xəstəxananın baş həkimin müavini Kəmalə Mustafayeva iştirak etmişlər.
Tədbirdə diqqətə çatdırıldı ki, ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında qadınlara və uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyətini yüksəltmək, onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir.
Keçirilən görüşdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova hamilə qadınlar və analara ana südü haqqında, onun uşaq və ana sağlamlığı üçün əhəmiyyəti və faydası barədə geniş məlumatlar çatdırmışdı. Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əlaqədar 10 faktı və digər göstəriciləri tədbir iştirakçılarına təqdim edilmişdir.
Görüşə cəlb olunan qadınlar və eləcə də tibb işçiləri yeni məlumatlar əldə etmək baxımından belə görüşlərin onlar üçün vacib olduqlarını vurğulamışlar.