“Abad məhəllə-1”in tikintisinə start verildi
03 iyul 2013 | 10:00
Pirallahı qəsəbəsində Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması prosesi davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlar indiyədək 1700-dən çox reys edərək 15 km məsafədən torpaq daşıyıb gölə töküblər. Dünən artıq “Abad məhəllə-1”in tikintisinə start verildi. İlk bir bloklu 10 mənzilli binanın bünövrə çalasının qazılmasına başlandı. Eni 18 metr və uzunluğu 18,4 metr olan bünövrə çalasının qazılması üçün əraziyə müxtəlif təyinatlı texnika cəlb olunub.
Kamil Rzayev küçəsində xaotik şəkildə, qanunsuz, uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi davam edir. Kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. “Azəristilik” birliyi bütövlükdə rayon üzrə daxili şəbəkənin çəkilişi işlərinə start verərək qazanxanada və xətlərdə xeyli iş yerinə yetirib.
Pirallahı qəsəbəsində “Xeyir-şər” evlərinin abadlaşdırılması başa çatmaq üzrədir. Kamil Rzayev küçəsində “Xeyir-şər” evinin dəmir qapıları qoyulub. Kamil Rzayev küçəsində, “Xeyir-şər” evinin qonşuluğunda beş metr diametrə malik kölgəliyin dəmir karkasının qurulması başa çatıb. K.Rzayev küçəsində digər, səkkiz güşəli, 6 metr diametri olan kölgəliyin qurulmasına başlanmışdır.
Son günlər görülən işlərdən 28-ci məhəllədə dayanacağın yenidən qurulmasını, Beton zavodun tikintisi üçün sahənin ayrılması, ərazinin təmizlənməsi və inşaat işlərinə başlanmasını da qeyd edə bilərik. Bundan başqa S.Bağırov və digər küçələrdə də kölgəliklərin qurulmasına başlanıb. “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının inşası sürətlə davam edir. Bardyurların düzülməsi işlərinə də başlanıb. Parkda əlavə olaraq yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulması işlərinə də hazırlıq gedir.