Neft Daşlarında çalışan neftçilərin sosial-məişət şəraiti daha da yaxşılaşdırılır
18 avqust 2017 | 11:00
Ölkəmizin neft sənayesinin inkişafında böyük rolu olan Neft Daşlarında çalışan neftçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində hər zaman mühüm tədbirlər həyata keçirilir.
Qeyd edək ki, 2017-ci ilin birinci yarısında sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində “Neft Daşları” NQÇİ-də xeyli işlər görülüb. Yataqxana korpuslarında, çay evində, vertalyot meydançasında, qəsəbə və park ərazisində təmizlik, suvarma işləri aparılıb, ağaclar budanıb. 1 saylı NQÇS-ə lazım olam zəruri əşyalar verilib, ərazidə olan QKS-in operatorlarının vaqon evciyin mətbəx otağına yeni su xətti çəkilib. 2387 saylı özüldə su çənindən mətbəx evciyə yeni su xətti çəkilib. Bununla yanaşı, 2 saylı NQÇS də ehtiyac duyular əşyalarla təmin edilib.
Ötən dövrdə 3 saylı NQÇS-ə 7 soyuducu, 1077 saylı meydançaya yeni yaşayış bloku verilib, su çənindən yaşayış blokuna yeni su xətləri çəkilib. 1145 saylı meydançanın qəzalı hissəsindən 5 yaşayış evciyi və 1 su çəni götürülərək meydançanın təyin olunmuş hissəsinə köçürülüb. 4 və 5 saylı NQÇS-lərdə də mühüm işlər görülüb. Bununla yanaşı, 1887-saylı SDÖ-yə 3 kondisioner, 2 soyuducu və s. verilib. Yataqxana “Q” korpusunun fasadında əsaslı təmir işləri aparılır. Küləkli havalarla əlaqədar özüllərdə növbələri vaxtında dəyişə bilmədikdə işçilər pulsuz 6 ay müddətinə xarab olmayan ərzaq məhsulları ilə təmin ediliblər.
Neft Daşları ərazisində dizinfeksiya, dizinseksiya və deratizasiya işləri görülüb. 1-ci və 2-ci “Əks-Osmos” qurğularında gündəlik tələbata uyğun İES-da qızdırılıb və yataqxana korpuslarına fasiləsiz isti su ilə təmin edilib. İşçilərin dəniz və hava nəqliyyatı vasitələri ilə daşınması, içməli suyun və ərzaq məhsullarının gətirilməsi təşkil olunub.
Vacib məqamlardan biri də dəniz neftçilərinin normal şəkildə qidalanmasıdır. Hazırda Neft Daşlarında 4 yeməkxana fəaliyyət göstərir və burada eyni vaxtda 1500-ə yaxın insan yemək yeyir. Neftçilərə gün ərzində 3 dəfə yemək verilir. Yemək siyahısına isə müxtəlif isti yeməklər, salatlar, meyvə şirələri və mineral sular və s. daxildir. Yeməkxanalara gətirilən qidalar ciddi yoxlamalardan keçirilir. Qeyd edək ki, bununla əlaqədar yaradılmış komissiya gündəlik olaraq ərzaqların, yeməklərin keyfiyyətini yoxlayır, öz rəyini bildirir. Əsas tələb isə yüksək keyfiyyətdir. Elə buna görə də Neft Daşlarında çalışan hər bir insan yeməkxanalarda təmizlik və yeməklərin keyfiyyətindən razılığını bildirir.
Neft Daşlarına un və ərzaq məhsulları Pirallahı adasından gəmilər vasitəsi ilə gətirilir. Ərzaq məhsullarının istifadə və saxlanma müddəti komissiya tərəfindən yoxlandıqdan sonra xarab ola bilən ət və toyuq məhsulları gəmiyə qoyulmuş soyuduculara yığılır. Çörək “Neft Daşları”nda çörəkbişirmə sexində bişirilir.