Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdən biridir
11 sentyabr 2017 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyyatının bütün sahələrində apardığı məqsədyönlü siyasət, o cümlədən prioritet hesab edilən alternativ və bərpa olunan enerjinin inkişafı sahəsində konkret tədbirlərin həyata keçirilməsinə diqqət və qayğısı nəticəsində bu sahədə əsaslı nailiyyətlər əldə edilmiş, ölkə başçısının imzaladığı fərman, sərəncamların icrası sahənin dinamik inkişafı üçün əlverişli zəmin yaratmışdır.
9 sentyabr 2017-ci il tarixdə ölkə başçısı Qazaxıstana səfəri zamanı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış oldu. Qeyd edək ki, sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil edilir. Beynəlxalq sərginin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradacaqdır. Ümumi sahəsi 174 hektar olan sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilir.
Milli pavilyonda, həmçinin Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirildi. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Çilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi isə ölkənin gələcəyində külək enerjisinin əhəmiyyətini diqqətə çatdırdı. Külək elektrik stansiyası Xəzər dənizindəki estakadalarda Pirallahı və Çilov adaları arasında tikiləcək və onun gücü 200 meqavat təşkil edəcək. Layihənin həyata keçirilməsi ilə Abşeron yarımadasında bilavasitə istehlakçılara yaxın ərazidə yeni generasiya mənbəyi, elektrik şəbəkə infrastrukturu yaradılacaq və istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlılıq təmin olunacaq. Bundan başqa, elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz yanacağına qənaət ediləcək və atmosferə atılan zərərli tullantılar azalacaq. Həmçinin, Çilov adası ilə birbaşa avtomobil nəqliyyatı infrastrukturunun və digər sosial məsələlərin həlli sürətlənəcək.
Qeyd edək ki, Pirallahı rayonunda əhalinin və sosial obyektlərin elektrik enerjisinə olan tələbatını yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin etmək məqsədi ilə Pirallahı Günəş Elektrik Stansiyası istifadəyə verilib. Layihəyə əsasən, 1 MVt-lıq Pirallahı günəş elektrik stansiyalarının layihə gücünə 2,8 MVt çatdırılması istiqamətində işlər aparılır. Layihənin ikinci mərhələsi üçün əlavə olaraq 5 ha torpaq sahəsi ayrılıb və stansiyanın geniş ərazidə tikintisinin tamamlanması və 12.8 MVt gücü ilə işə düşməsi 2020-ci ildə baş tutacaq.