Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon İcra hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi

05 iyul 2013 | 10:00
  2013-cü il iyul ayının 3-də Pirallahı rayonu İcra hakimiyyəti Başçısı aparatında vətəndaşların qəbulu keçirildi. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin Başçısı Vasif İmanov aparırdı. Qəbula gələnləri salamlayan İcra başçısı Pirallahı rayonunda gedən abadlıq-quruculuq işlərini qeyd etdi, vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü əsas strateji xətt dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsidir. Pirallahı rayonunun yaradılmasının bütün dövlət strukturlarının əhaliyə mümkün qədər yaxın olması məqsədi daşıdığını deyən İcra başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi. Pirallahı sakinləri Cavad Orucov, Nişanə Sarıxanova, Kamil Abdullayev, Əli Dinməmmədov, Həmidə Ramazanova, Gülayə Hüseynova, Namiq Cabbarov, Elnarə Şəbiyeva, Sevinc Fərzəliyeva, Firəngiz Həsənova, Kamal Hüseynov və başqaları, ümumilikdə 20 nəfərdən çox vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən sənədsiz tikililərin söküntüsü, bələdiyyə torpaq sahələri, işlə təminat, sosial yardım, kommunal borclar və digər məsələləri əhatə etmişdir. Hər bir sakini diqqətlə dinləyən İcra başçısı rayonda böyük abadlıq işlərinin aparılacağını, sənədsiz və yöndəmsiz köşklərin, qarajların və digər tikililərin aradan qaldırılacağını söylədi. 1982-ci ildən neft sənayesində çalışan, əməyi “Tərəqqi” medalına layiq görülmüş neftçi Kamil Abdullayevin 10 nəfərdən ibarət ailəsinin (özünün və 2 oğlunun ailəsi) cəmi 27 kvadratmetr yaşayış sahəsinə malik ailə yataqxanasında yaşadığını, sənədlərinin artıq 70-80 faizinin hazır olduğunu nəzərə alaraq, tikdiyi 2 mərtəbəli evin dam örtüyünün vurulması məsələsinin həlli memarlıq şöbəsinə həvalə edildi. Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran İcra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan, rayonda yeni təşkilatlar açılandan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Su-kanal Departamentində və MKTB-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyyələrini verdi və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verdi.
Keçidlər