Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

01 oktyabr 2022 | 15:25
     01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşları ilə rayon prokurorluğunun işçilərinin dəyirmi masa ətrafında görüşü keçirilmişdir.
       Görüş zamanı prokurorluq əməkdaşları Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən peşə bayramları münasibətilə təbrik edilmiş, Pirallahı rayon Prokuroru Axundzadə Zaur Zahir oğlu və prokurorluğun əməkdaşı Ümidov Yusif Sahib oğlu rayonun ictimai həyatında səmərəli fəaliyyətinə və 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunmuşdur.

 

Keçidlər