Pirallahıda 15 sentyabr - Bilik Günü qeyd olundu
15 sentyabr 2017 | 11:00
15 sentyabr 2017-ci il tarixdə Pirallahı rayonunun bütün orta ümumtəhsil məktəblərində ənənəvi olaraq “Bilik günü” münasibəti ilə tədbirlər keçirildi. Yeni dərs ilinin açılış mərasimlərində Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində Pirallahı rayonunda 318 uşaq ilk dəfə məktəbin qapısını açmışlar. Onlardan 261 nəfəri azərbaycan, 57 nəfəri isə rus bölməsində təhsil alacaqdır. 2016-2017-ci tədris ilində Pirallahı rayon məktəblərini 181 məzun bitirmişdir. 102 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş və ilkin nəticələrə görə 82 nəfər qəbul olmuşdur. Sənəd verənlərin sayına nisbətən qəbul 80% olmuşdur. Keçən illə müqayisədə qəbul olunanların sayı 11 nəfər çoxdur. Eyni zamanda bu il yüksək bal toplayanların sayı keçən illə müqayisədə çoxluq təşkil edir. Abituriyentlərdən 3-ü 600-dən yuxarı bal toplayıb. 231 №-li tam orta məktəbin şagirdi Cabbarova Həbibə 667 balla Pirallahı rayonu üzrə ən yüksək nəticə əldə etmişdir. 168 №-li tam orta məktəbin şagirdi Bayramov Emil 642 bal, 235 №-li tam orta məktəbin şagirdi Alişanlı Cəmilə isə 611 bal toplamışlar.
Rayon ərazisində yerləşən altı məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəb direktorları tədbiri açaraq, çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.
Tədbirlərə qatılmış Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları məktəblərin pedaqoji kollektivlərini və şagirdləri Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etdilər və onlara təhsildə uğurlar arzuladılar. Qeyd edildi ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Bildirildi ki, sentyabrın 14-də Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş rayon müəllimlərinin toplantısında təhsildəki nailiyyətlər, mövcud problemlər, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür.
Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər.
Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, rayonun ümumtəhsil məktəblərində ilk dərs “Cocuq Mərcanlı- tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.