Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir!
21 sentyabr 2017 | 11:00
Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxış edib. Dövlət başçısı çıxışına erməni təcavüzünü dünyaya bir daha çatdırmaqla başlayıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 10-dan artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var”. Beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb: "Qətnamələr 24 ildir ki, yerinə yetirilmir. Bu ikili standartdır və qəbuledilməzdir. Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir. Ermənistan status-kvonun saxlanılması üçün əlindən gələni edir. Minsk qrupu həmsədrləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Despot rejimə necə icazə verirlər ki, illərdir beynəlxalq hüququ pozur, BMT TŞ-nın qətnamələrini, aparıcı ölkələrin bəyanatlarını rədd edir. Bu ölkəyə qarşı beynəxalq sanksiya, beynəlxalq təzyiq yoxdur. Bu siyasətə son verilməlidir. Təcavüzkara qarşı belə siyasət nəinki ədalətli deyil, həmçinin elə təsəvvür yaradır ki, erməni diktaturası terror siyasətini davam etdirə bilər”.
Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışdı. Bildirdi ki, bu kənddə bütün lazımı infrastruktur yaradılıb. Ölkə başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü deyib. Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumları, mədəniyyətlərarası dialoq forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən tədbirlərdən danışdı və bu cür layihələrin ölkəmizdə davam etdiyini dedi.
Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, yoxsulluğun aşağı səviyyədə olduğunu, savadlılığın 100 faizə yaxınlaşdığını vurğuladı.
Azərbaycan ötən il müstəqilliyinin 25 illiyini qeyd edib. Ölkəmizin uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olanda, ölkənin taleyi xalqın əlinə veriləndə uğur əldə etmək mümkündür. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi odur ki, ölkəmiz müstəqildir. Azərbaycan azad siyasət yürüdür və bu siyasət xalqın marağına uyğundur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında nitqi zamanı bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda regional sabitlik üçün əsas şərtidir. Türkiyə prezidenti qeyd etdi ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli istiqamətində daha çox çalışmalıdır: "Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah reqional və hətta qlobal problemin başlanğıcı ola bildiyini heç bir halda unutmamalıyıq".
İsrailin baş naziri Binyamin Netanyahu çıxışı zamanı bildirdi ki, İsrail Azərbaycan və Qazaxıstandakı müsəlman dostları ilə əməkdaşlığı genişləndirmişdi.
Qeyd edək ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələri sentyabrın 19-dan 25-dək davam edəcək.