Pirallahı rayonunda növbəti iməcilik aksiyası keçirildi
25 sentyabr 2017 | 11:00
Son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində respublikamızda ciddi nailiyyətlər əldə edilmişdir. Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində rayonumuz abad və yaşıllıqlarla zəngin bir guşəyə çevrilməkdədir. Pirallahı qəsəbəsində ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Qəsəbənin mərkəzi yolboyu və ətraf ərazilər, yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək abadlaşdırılır, yeni yaşıllıqlar salınır.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Yaşıl marafon” layihəsi çərçivəsində respublikanın bütün güşələrində olduğu kimi Pirallahı rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır. Həmin yaşıllıqların salınması ilə yanaşı onların qorunması, aqrotexniki qulluq edilməsi də mühüm məsələlərdən biridir. Təsdiq edilmiş tədbirlər planına əsasən mütəmadi olaraq rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə ümumrayon iməcilikləri keçirilir. 23 sentyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə YAP Pirallahı rayon təşkilatının bir qrup gənc fəalının iştirakı ilə “Yaşıllıqları qoruyaq” adı altında silsilə iməcilik aksiyalarına start verilmişdir. Aksiya zamanı əkilmiş ağaclar və gül kolları suvarıldı, ərazi təmizlənərək səliqəyə salındı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonumuzda ümumilikdə 300000-ə yaxın müxtəlif növ ağaclar, gül və kol bitkiləri, o cümlədən Eldar şamı, zeytun, çinar, sərv, palma, rosemarin, tuya, oleandr (söyüdgülü), leylandra, lavanda, perekanta (dovşanalması), barbaris, evemos (sarı şümşad) əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir. Mərkəzi yol kənarlarına qazon örtüyünü salınaraq müxtəlif landşaft elementləri, təpələr düzəldilmişdir. Həmçinin təpələr üzərində qaya daşları ilə müxtəlif kompozisiyalar qurulmuşdur.