“Abad məhəllə-1”də ikinci binanın bünövrə çalasının qazılmasına başlandı
08 iyul 2013 | 10:00
Pirallahı rayonunda geniş miqyaslı tikinti-quruculuq işləri davam edir. Süleyman Bağırov küçəsində “Abad məhəllə-1”də birinci binanın ardınca ikinci bir bloklu 10 mənzilli binanın da bünövrə çalasının qazılmasına başlanıb. Eni 18 metr və uzunluğu 18,4 metr olan bünövrə çalası ilk gündən sürətlə qazılır. Artıq “Abad məhəllə-1”in birinci binasının bünövrəsinin qoyulmasına başlanıb. Beton tökülməsi üçün taxta qəliblərin (opolovka) hazırlanması prosesi gedir. Ümumi yaşayış sahəsi 600 kvadratmetrdən çox olacaq 3 mərtəbəli binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub. Mənzillər 1 və 2 otaqlı olacaqdır. Pirallahının Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması işləri də davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlar indiyədək artıq 2000-dən çox reys edərək 15 km məsafədən torpaq daşıyıb gölə tökürlər.
Kamil Rzayev küçəsində xaotik şəkildə, qanunsuz, uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi gedir. Kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. Baş kollektor üzərində iş gedir, məhəllədaxili xətlər layihələndirilmə mərhələsindədir. “Azəristilik” birliyi bütövlükdə rayon üzrə daxili şəbəkənin çəkilişi işlərinə start verərək qazanxanada və xətlərdə xeyli iş yerinə yetirib.
Pirallahı qəsəbəsində “Xeyir-şər” evlərinin abadlaşdırılması başa çatmaq üzrədir. Kamil Rzayev küçəsində səkkiz güşəli, 6 metr diametri olan növbəti kölgəliyin karkasının qurulması başa çatmışdır.
Beton zavodun tikintisi üçün sahənin ayrılması, ərazinin təmizlənməsinin ardınca elektrik güc xətləri çəkilib, bünövrənin tikintisi və su xəttinin çəkilməsi davam edir. “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının inşası sürətlə davam edir. Parkda əlavə olaraq yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulması işlərinə də hazırlıq gedir.
“Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində 800 metr uzunluğu, 10 metr eni olan avtomobil yolunun torpaq işləri yekunlaşaraq çınqıl döşənməsinə başlanıb. Eyni zamanda inzibati binanın bünövrə çalasının qazılmasına və limanın dənizdəki bənd hissəsinin doldurulmasına başlanıb.